Operativ Məlumat Mərkəzi

İsrail Livanın cənubuna zərbə endirib, bir nəfər yaralanıb - YENİLƏNİB

1 dəq
Paylaş:
İsrail Livanın cənubuna zərbə endirib, bir nəfər yaralanıb - YENİLƏNİB

Livan hökuməti ölkənin cənubundakı kəndində İsrailin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Ynet"ə istinadən xəbər verir ki, ölən şəxs dünən İsrail tərəfindən "Hizbullah"ın cənub cəbhəsinin logistika komandiri Abbas Həsən Kərəkinin qohumudur.

Məlumata görə, hücum Kərəkinin dəfn mərasimindən əvvəl həyata keçirilib.

***

Livanın cənubundakı Haruf kəndində İsrailin pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Livanın "Əl-" qəzeti məlumat yayıb.

Məlumata görə, hücum kənddəki məktəbin yaxınlığında bir vasitəsini hədəf alıb.

İsrail Müdafiə Qüvvələri hələlik hadisə ilə bağlı şərh verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax