Əsas məzmuna keç

İsrail-İran münasibətləri gərginləşir

İsrail-İran münasibətləri gərginləşir

son sutkada tərəflər arasında qarşılıqlı hücumlar qeydə alınıb.  "Hizbullah" İsrailin şimalında Əl-Mutille mövqeyində olan casus texnikasının hədəf...

İsrail-Livan sərhədində artmaqda davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, son sutkada arasında qarşılıqlı hücumlar qeydə alınıb.

"" İsrailin şimalında Əl-Mutille mövqeyində olan casus texnikasının hədəf alındığını və müvafiq silahlarla məhv edildiyini açıqlayıb. Açıqlamada İsrailin bir tank və hərbi maşının idarə olunan raketlərlə vurulduğu bildirilib.

Digər tərəfdən İsrail Livanın cənubundakı qəsəbədə bir ev və dükanı bombalayıb. Livan sərhədindəki digər bir qəsəbəyə artilleriya hücumu təşkil edilib. Hücum saatlarla davam edən yanğına səbəb olub.

İsrail-Livan münasibətlərinin kəskin pisləşdiyi və regionda eskalasiya riskinin pik səviyyəyə bir vaxtda, İrandan İsrailə diqqətçəkən xəbərdarlıq gəlib.

Bu barədə İranın BMT-dəki missiyası bəyanat yayıb

"İsrail "Hizbullah"ın yerləşdiyi Livana hücum etsə, ona qarşı tammiqyaslı müharibəyə başlanacaq və o məhv ediləcək", - deyə bəyanatda bildirilib.

Digər tərəfdən İsrail, İranla müharibəyə hazır olduğunu və belə bir müharibə üçün lazım olan bütün silahlara malik olduğunu bildirib.

Yoav Qalant, İsrailin lazım gələrsə, hətta bütün region dövlətlərindən ibarət koalisiya ilə mübarizə aparmaq gücündə olduğunu iddia edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…