Əsas məzmuna keç

İsrail hücum istiqamətini dəyişir

İsrail hücum istiqamətini dəyişir

məsələ ilə bağlı BBC-ə açıqlama verən İsrail müdafiə qüvvələrinin üzvü Peter Lerner, 98-ci diviziyanın missiyasını başa vuraraq Xan Yunisi tərk etdiyini...

İsrail ordusu Xan şəhərindəki hərbçilərinin sayını azaldıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məsələ ilə bağlı BBC-ə açıqlama verən İsrail qüvvələrinin Peter , 98-ci diviziyanın missiyasını başa vuraraq Xan Yunisi tərk etdiyini deyib.

Lerner bu addımı bölgədə aparılan əməliyyatların növbəti mərhələsi kimi qiymətləndirib.

“Müharibə bitməyib. Müharibə yalnız girovlar evinə qayıdanda və Həmas bölgəni tərk edəndə bitə bilər”, - deyə Lerner bildirib.

O, aylardır qızğın döyüşlərin getdiyi şəhərdə hazırda yalnız 1 briqadanın qaldığını diqqətə çatdırıb.

İsrailin müvafiq addımından sonra fələstinlilər dağıdılmış Xan Yunis şəhərinə qayıtmağa başlayıb.

Bununla belə İMQ-nin Qəzza zolağının digər ərazilərində nəzərəçarpan sayda qüvvə saxladığı bildirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…