Operativ Məlumat Mərkəzi

İrəvan yaxınlığında icma rəhbəri qətlə yetirildi

1 dəq
Paylaş:
İrəvan yaxınlığında icma rəhbəri qətlə yetirildi

Ermənistanın partiyası “Aprelu Yerkir”in nümayəndəsi, icmasının rəhbəri Volodya Qriqoryan ötən gecə evinin yaxınlığında güllələnərək öldürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə zamanı Qriqoryanın dostu – kriminal əməkdaşı da həlak olub, daha bir nəfər isə yaralanıb. Nazirliyin açıqlamasına görə, cinayəti tək bir killer törədib və hadisə yerindən qaçıb.

Nikol Paşinyan bu səhər qətli pisləyib və Daxili İşlər Nazirliyindən cinayətin açılmasını tələb edib.

Xatırladaq ki, o, hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanın rəhbərlik etdiyi “Aprelu Yerkir” partiyasının üzvü idi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax