İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etiraz aksiyalarının təşkilatçılığına görə edam cəzasına məhkum edilən iranlı rep ifaçısı Tumac Salihi haqqında verilən edam hökmü Ali Məhkəmə tərəfindən ləğv edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, İranlı rep ifaçısı Tumac Salihinin vəkili Əmir Rəisiyan "X" sosial media hesabında paylaşdığı açıqlamada müvəkkilinə İsfahan İnqilab Məhkəməsinin verdiyi edam hökmünün Ali Apellyasiya Məhkəməsinin 39-cu Palatası tərəfindən ləğv edildiyini bildirib.
İşə yenidən baxılacağını bildirən Reisiyan, "Gözlənildiyi kimi, Ali Məhkəmə düzəlməz bir məhkəmə səhvindən qaçdı",- deyə qeyd edib.
Xatırladaq ki, İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 ay davam edən nümayişləri təşkil etməkdə günahlandırılan iranlı rep müğənnisi Salihi edam cəzasına məhkum edilsə də, daha sonra Ali Məhkəmə onun cəzasını həbslə əvəzləyib.
İranlı müğənniyə verilən ölüm hökmü ləğv edilib
Oxşar xəbərlər
Region xəbərləri
Kipr Prezidenti Paşinyanı təbrik etdi
Region xəbərləri
Peskov: ABŞ Zelenski ilə danışıqların detallarını bizə çatdıracaq
Region xəbərləri
Rusiya Paşinyanı təbrik etməyə tələsmir: Kreml rəsmi nəticələri gözləyir
Region xəbərləri