Operativ Məlumat Mərkəzi

İrandan idxal edilən bibərdə virus aşkar edilib

2 dəq
Paylaş:
İrandan idxal edilən bibərdə virus aşkar edilib

İran İslam Respublikasından olunan “Ballı Store N” MMC-yə 7 425 kq, “Amotrade” MMC-yə məxsus 6 010 kq məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin müayinələri nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – pomidor meyvələrinin qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit ”) olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AQTA-dan xəbər verilib.

Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul olunub. Məhsul partiyaları Qaradağ Rayon Qızıldağ Poliqonunda məhv edilib.

Qeyd olunub ki, cari ildə İran İslam Respublikasından idxal olunması üçün edilmiş 3 müraciət əsasında aparılan müayinələr nəticəsində bibər məhsulu partiyalarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax