Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana narkotik vasitə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

2 dəq
Paylaş:
İrandan Azərbaycana narkotik vasitə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, , narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş -qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini – 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, onlardan 4 kiloqram 330 qram marixuana aşkar olunaraq götürülüb.

Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax