Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana 6 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
İrandan Azərbaycana 6 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında sərhəd zastavasının ərazisində Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi -axtarış tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 210 qram marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-dən bildirilib.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax