Operativ Məlumat Mərkəzi

İran XİN: Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin yenidən işlənməsini alqışlayırıq

2 dəq
Paylaş:
İran XİN: Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin yenidən işlənməsini alqışlayırıq

İran İslam Respublikası Qafqaz regionunda mövcud tendensiyaları yaxından izləyir və bu hadisələrlə bağlı qonşu və Ermənistanla təmasdadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, Cənubi Qafqazda və sabitlik regionun bütün ölkələrinin maraqlarına cavab verir: "İran İslam Respublikası iki ölkə arasında sülh sazişinin mətninin yenidən işlənməsini alqışlayır, hadisələrin bu inkişafını regionda davam sülhün əldə olunmasında mühüm addım hesab edir.

Eyni zamanda, hər hansı bir xarici müdaxilənin, xüsusən də ümumi sərhədlərin yaxınlığında, bölgədəki təhlükəsizliyə və davamlı sabitliyə zərər verə biləcək mənfi təsirlərindən narahatlığını ifadə edir".

Bəyanatda o da qeyd olunub ki, kommunikasiya əlaqələrinin bərpası region xalqlarının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax