Operativ Məlumat Mərkəzi

İran və Avropa "üçlüyü"nün görüşü olacaq

1 dəq
Paylaş:
İran və Avropa "üçlüyü"nün görüşü olacaq

İran ilə “üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında dialoqun növbəti mərhələsi yanvarın sonucu həftəsi keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" İSNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin katibi İsmayıl bildirib.

Onun sözlərinə görə, ötən görüşdə danışıqları davam etdirmək barədə razılıq əldə edilib. İsmayıl Bakai qeyd edib ki, bu, dialoqdur, qərar qəbul etmək üçün müzakirə deyil: “Bir sıra məsələlər, o cümlədən İranın proqramı müzakirə olunacaq”.

Qeyd edək ki, sonuncu görüş noyabrın 29-da İsveçrənin Cenevrə şəhərində keçirilib. Diplomatlar regional, qlobal problemləri, habelə Livan və Fələstinə dair məsələləri, İran nüvə proqramını müzakirə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax