Operativ Məlumat Mərkəzi

İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılması haqda qanun layihəsini təsdiqləyib

1 dəq
Paylaş:
İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılması haqda qanun layihəsini təsdiqləyib

İranın Atom Enerjisi üzrə (AEBA) ilə əməkdaşlığını qanun layihəsi parlamentdə təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran parlamentinin rəyasət heyətinin nümayəndəsi Əlirza Səlimi bildirib.

Qeyd edilib ki, İranın obyektlərinin təhlükəsizliyi təmin olunana qədər AEBA müfəttişlərinin İrana girişinə qadağa qoyulacaq.

"İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığı, o cümlədən onun müşahidəçiləri tərəfindən yoxlamaları dayandıran qanun layihəsini qəbul edib. Qanunvericiliyə əsasən, milli nüvə təhlükəsizliyi təmin edilmədiyi təqdirdə AEBA müfəttişlərinin ölkəyə girişi qadağan ediləcək və gələcəkdə istənilən giriş İranın Ali Milli Şurasının təsdiqini tələb edəcək", - o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax