Operativ Məlumat Mərkəzi

İran İsrailə hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edir

1 dəq
Paylaş:
İran İsrailə hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edir

İran İslam Respublikası İsrailə hücumda iştirak etmir, Fələstin rəhbərliyi qərarları qəbul edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın BMT-dəki nümayəndəliyi "Amwaj media" portalına məlumat verib.

"Fələstin müqaviməti tərəfindən qəbul edilən qərarlar müstəqildir və hər zaman Fələstin xalqının qanuni maraqlarına uyğundur. Biz Fələstini qətiyyətlə dəstəkləyirik, lakin onun cavab hərəkətlərində iştirak etmirik, onlar yalnız Fələstinin özü tərəfindən qəbul edilir", - deyə daimi nümayəndəlikdən bildiriblər.

O, qeyd edib ki, İranın İsrailə hücumda iştirakı ilə bağlı xəbərlər İsrail hökumətinin “uğursuzluğu bəhanə etmək və bunu İranın kəşfiyyat gücü və planlaması ilə əlaqələndirmək” cəhdləri kimi edilə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax