Operativ Məlumat Mərkəzi

İran İsrailə hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edir

1 dəq
Paylaş:
İran İsrailə hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edir

İran İslam Respublikası İsrailə hücumda iştirak etmir, Fələstin rəhbərliyi qərarları müstəqil qəbul edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi "Amwaj media" portalına məlumat verib.

"Fələstin müqaviməti tərəfindən qəbul edilən qərarlar müstəqildir və hər zaman Fələstin xalqının qanuni maraqlarına uyğundur. Biz Fələstini qətiyyətlə dəstəkləyirik, lakin onun cavab hərəkətlərində iştirak etmirik, çünki onlar yalnız Fələstinin özü tərəfindən qəbul edilir", - deyə daimi nümayəndəlikdən bildiriblər.

O, qeyd edib ki, İranın İsrailə hücumda iştirakı ilə bağlı xəbərlər İsrail hökumətinin “uğursuzluğu bəhanə etmək və bunu İranın kəşfiyyat gücü və əməliyyat planlaması ilə əlaqələndirmək” cəhdləri kimi şərh edilə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər