Əsas məzmuna keç

İndoneziyada internat məktəbi dağıldı, 60-dan çox şəxs həlak oldu

İndoneziyada internat məktəbi dağıldı, 60-dan çox şəxs həlak oldu

xilasedicilər bütün cəsədləri dağıntılar altından çıxardıqdan sonra axtarış əməliyyatlarını yekunlaşdırıblar. Fəlakət ötən həftə Sidoarjo qəsəbəsində baş...

İndoneziyanın Yava əyalətində yerləşən Əl adlı İslam məktəbinin çökməsi nəticəsində azı 61 nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM "Reuters"ə istinadən xəbər verir ki, xilasedicilər bütün cəsədləri dağıntılar altından çıxardıqdan sonra axtarış əməliyyatlarını yekunlaşdırıblar.

Fəlakət ötən həftə Sidoarjo qəsəbəsində baş verib. İlkin məlumata görə, binanın təməlindəki konstruksiya qüsurları çökməyə səbəb olub. Hadisə zamanı məktəbdə əsasən yeniyetmə oğlanlar günorta namazı qılırmışlar.

Xilasetmə agentliyinin rəhbəri Məhəmməd Syafii əməliyyatın başa çatdığını bildirib:

“Əl Xoziny məktəbinin strukturu ilə əlaqədar bütün əməliyyatlar rəsmi olaraq dayandırılıb.”

Məlumata görə, tapılan qurbanlar arasında bədən hissələri də var. İctimai işlər nazirliyinin açıqlamasına əsasən, ölkə üzrə bu cür dini ocaqlarından — pesantrenlərdən 42 min ədəd fəaliyyət göstərir, onlardan cəmi 50-nin tikintiyə rəsmi icazəsi var.

Əl Xoziny məktəbinin tikinti icazəsinin olub-olmadığı hələlik məlum deyil.

Bu hadisə İndoneziyada son illərin ən ölümcül təhsil müəssisəsi fəlakəti kimi qiymətləndirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…