Operativ Məlumat Mərkəzi

İmişli rayonunda narkotik bitki yetişdirən şəxs saxlanılıb

2 dəq
Paylaş:
İmişli rayonunda narkotik bitki yetişdirən şəxs saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Oruclu kənd sakini Budaq Qəmbərov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı böyürtkən kollarının arasında kultivasiya yolu ilə yetişdirilmiş 138 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində başlanılıb, araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax