Operativ Məlumat Mərkəzi

İmamoğlunun təqsirləndirildiyi maliyyə cinayətləri ilə bağlı istintaq tərəfindən hazırlanan hesabatın təfərrüatları məlum olub

1 dəq
Paylaş:
İmamoğlunun təqsirləndirildiyi maliyyə cinayətləri ilə bağlı istintaq tərəfindən hazırlanan hesabatın təfərrüatları məlum olub

İstanbul Bələdiyyəsi və bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı terror və korrupsiya iddiaları ilə bağlı aparılan çərçivəsində Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hazırladığı hesabatın təfərrüatları olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "Haber Global"a istinadən xəbərinə görə, hesabatda FETÖ üzvü olduğu üçün həbs edilən Aydın Böyükşəhər Bələdiyyə sədri Özlem Çerçioğlunun müşaviri olan Erkan Karaarslan ilə Əkrəm İmamoğlu arasında 1 milyon 754 min türk lirası dəyərində məsləhət müqaviləsi bağlandığı bildirilib.

Hesabatda Əkrəm İmamoğlunun adına müxtəlif yollarla əldə edilən çoxlu sayda əmlak qeydlərinin olduğu və onun Balıkəsir, İstanbul və Çanaqqala vilayətlərində satış yolu ilə 17 daşınmaz əmlak əldə etdiyi bildirilib.

Hesabatda həmçinin Balıkəsir-Erdemirde 5 daşınmaz əmlakın atası Həsən İmamoğlundan Əkrəm İmamoğluna bağışlandığı qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax