Operativ Məlumat Mərkəzi

İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib

1 dəq
Paylaş:
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib

İlham Əliyev Vyetnam Respublikasının yeni seçilmiş prezidenti Lıonq Kıonqa göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab ,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xoş ənənələrə əsaslanan -Vyetnam əlaqələri uğurla inkişaf etməkdədir. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli qaydada möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm"

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax