Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Türk dünyası bizim ailəmizdir!

2 dəq
Paylaş:
İlham Əliyev: Türk dünyası bizim ailəmizdir!

Respublikasının Prezidenti İlham Əliyev rəsmi səhifələrində 3 oktyabr - Türk Dövlətlərinin Günü ilə bağlı paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paylaşımda deyilir:

“3 oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.

Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Təşkilatının əsası qoyulmuşdur.

Bu gün münasibətilə Türk dünyasını səmimi-qəlbdən təbrik edirəm.

Türk dünyası bizim ailəmizdir!

Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir.

Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir.

Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir!”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax