Operativ Məlumat Mərkəzi

İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB

1 dəq
Paylaş:
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB

Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti , bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işinə böyük töhfə verəcəyi bildirildi.

Söhbət zamanı Azərbaycanda hökm sürən tolerant mühit barədə danışıldı, bütün dinlərin və xalqların nümayəndələrinin ölkəmizdə dinc şəraitdə bir ailə kimi yaşadıqları məmnunluqla qeyd edildi.

***

İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Xidməti məlumat yayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax