Əsas məzmuna keç

İlham Əliyev Roma Papasını təbrik etdi

İlham Əliyev Roma Papasını təbrik etdi

təbrikdə deyilir: "Zati-müqəddəsləri. Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən...

İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-müqəddəsləri.

Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi veririk.

Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…