Operativ Məlumat Mərkəzi

İlham Əliyev Roma Papasını təbrik edib

2 dəq
Paylaş:
İlham Əliyev Roma Papasını təbrik edib

İlham Əliyev Papası Fransiskə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, təbrikdə deyilir:

"Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Taxt-Tac arasında əlaqələrin bugünkü səviyyəsi məmnunluq doğurur. Mədəniyyətlər və dinlər arasında ahəngdar münasibətlərin təşviqinə, humanizm ideallarının təntənəsinə yönəlmiş əməkdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir və daha da möhkəmlənir.

Müqəddəs Taxt-Tac ilə əməkdaşlığımızın inkişafına, səmimi dialoqumuzun genişlənməsinə Sizin verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm. Nümunəvi dözümlülük mühitinin və multikulturalizm ənənələrinin hökm sürdüyü Azərbaycanın dünyada insanlar arasında qarşılıqlı anlaşmanın təşviqində oynadığı rolunu daim təqdir etməyinizə görə Sizə minnətdaram.

Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr bundan sonra da sivilizasiyalararası və dinlərarası dialoqun genişlənməsinə, multikulturalizm dəyərlərinin qorunub saxlanmasına və möhkəmlənməsinə, dünyada sülhün və
əmin-amanlığın bərqərar olmasına xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax