Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Qazaxıstan və Azərbaycan bütün istiqamətlərdə aktiv fəaliyyət göstərirlər

2 dəq
Paylaş:
İlham Əliyev: Qazaxıstan və Azərbaycan bütün istiqamətlərdə aktiv fəaliyyət göstərirlər

Bu gün bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində - konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev martın 11-də Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimində deyib.

bu əlamətdar hadisə münasibətilə nəqliyyatçıları təbrik edib.

"Bu gün Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində nəqliyyat-logistika sektoruna aid məsələlər ətraflı müzakirə olundu. Qəbul etdiyimiz qərarlar mahiyyətcə bu gözəl mərasimin keçirilməsinə kömək edir. Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində - konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər. Bizim ikitərəfli əməkdaşlığımız həm TransXəzər nəqliyyat marşrutu, həm də Orta Dəhliz layihələrinin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlığımızın bir hissəsidir. Bu gün müzakirə edilən planlar ölkələrimizin dəmir yollarının boş qalmaması, belə konteyner qatarlarının isə gündəlik həyatımızın bir parçası olmasına imkan verir. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar. Bir daha Qazaxıstan və Azərbaycanı, həmçinin Çindəki tərəfdaşlarımızı bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Qatarın yolu açıq olsun", - Azərbaycan Prezidenti qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax