Əsas məzmuna keç

İlham Əliyev: Laçın və Kəlbəcərin Ermənistanın əlində həmişəlik qalması ilə heç vaxt razılaşa bilməzdik

İlham Əliyev: Laçın və Kəlbəcərin Ermənistanın əlində həmişəlik qalması ilə heç vaxt razılaşa bilməzdik

bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib. Ermənistanın, sadəcə olaraq, görüntü...

Siz də, bütün xalqı da, bütün dünya ictimaiyyəti də yaxşı bilirdi və bilir ki, bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib.

Ermənistanın, sadəcə olaraq, görüntü naminə, vasitəçiləri aldatmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün beş rayonu qaytarmağa hazırdır olduqları, Laçın və Kəlbəcərin isə onların əlində qalması ilə bağlı təklif irəli sürdüyünü xatırladan dövlətimizin başçısı qeyd edib: “Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…