Operativ Məlumat Mərkəzi

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

2 dəq
Paylaş:
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Gürcüstanın İrakli ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzuladı. Bu seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirdiyini vurğuladı.

İrakli Kobaxidze təbriklərə görə təşəkkürünü bildirdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin olduğu vurğulandı, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızın müsbət nəticələri qeyd edildi.

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət etdi.

İrakli Kobaxidze də öz növbəsində dövlətimizin başçısını Gürcüstana səfərə dəvət etdi.

Həm , həm də Gürcüstanın Baş naziri qarşılıqlı minnətdarlıqlarını bildirərək, dəvətləri məmnunluqla qəbul etdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax