Operativ Məlumat Mərkəzi

İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının şərtini açıqlayıb

2 dəq
Paylaş:
İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının şərtini açıqlayıb

konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

qeyd edib ki, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı:

“Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur”.

"Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq. Lakin fakt budur ki, və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır", - Prezident əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax