Əsas məzmuna keç

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvünü qəbul edib - YENİLƏNİB

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvünü qəbul edib - YENİLƏNİB

bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Jelka Tsviyanoviç İlham Əliyevi seçkilərində qələbəsi münasibətilə təbrik etdi və fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Bosniya və Herseqovinaya ötən il rəsmi səfərini və səfər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı.

Görüşdə arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın Balkan regionu ilə əlaqələrinin, bu xüsusda Bosniya və Herseqovina ilə əməkdaşlığının inkişafı xüsusi qeyd edildi. Ölkələrimiz arasında enerji, investisiyalar, , logistika, turizm və digər sahələrdə məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu. Jelka Tsviyanoviç bu tədbirdə çox aktual məsələlərin müzakirə olunduğu vurğuladı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…