Operativ Məlumat Mərkəzi

İlham Əliyev Birləşmiş Krallıq Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

2 dəq
Paylaş:
İlham Əliyev Birləşmiş Krallıq Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə elçisi Baronessa Emma Nikolsonu qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baronessa Emma Nikolson Enerji Həftəsi ilə bağlı Böyük Britaniyanın Rişi Sunakın məktubunu dövlət başçısına təqdim edib.

İlham Əliyev məktuba görə minnətdarlığını bildirib.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, energetika, neft-qaz sektorunda əməkdaşlığa toxunulub, uzun illər Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bu xüsusda Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd edilib.

Görüşdə Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmnunluqla vurğulanıb.

Söhbət zamanı ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqların qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax