Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Azərbaycan nəinki özünü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edir

2 dəq
Paylaş:
İlham Əliyev: Azərbaycan nəinki özünü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edir

Karbamid zavodunun fəaliyyəti nəticəsində özünü, bir çox ölkələri azot gübrələri ilə təmin edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Prezident qeyd edib ki, ancaq bu, cəmi bir növ gübrədir: "Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir, Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə idxal edilməsi. bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir".

Ölkə başçısı vurğulayıb ki, bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur, müəyyən qıtlıq yaradılır: "Ona görə, əlbəttə, praqmatizm nöqteyi-nəzərindən biz başa düşməliyik ki, biz bütün növ gübrələri istehsal edə bilməyəcəyik, ancaq hər halda onların çeşidlərini genişləndirməliyik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax