Operativ Məlumat Mərkəzi

İlham Əliyev: "2026-cı ilin sonunda Füzuli rayonunda 22 min insan yaşayacaq"

1 dəq
Paylaş:
İlham Əliyev: "2026-cı ilin sonunda Füzuli rayonunda 22 min insan yaşayacaq"

"Füzuli indi tamamilə yenidən qurulur. Dünən burada bir neçə önəmli obyektin təməlini . İki kəndin, bağçasının, idman kompleksinin, yeni məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax