Operativ Məlumat Mərkəzi

İki böyük şirkət birgə idman layihəsinə start verdi - Fotolar

2 dəq
Paylaş:
İki böyük şirkət birgə idman layihəsinə start verdi - Fotolar

Azərbaycanın iki nüfuzlu subyekti olan Veysəloğlu Qrupu və “Avrora Qrup” artıq Milli Aviyasiya Akademiyasının qadınlardan ibarət voleybol klubunun ortaq sahibləri kimi fəaliyyət göstərəcəklər.

Bu şirkətlərin rəhbərləri - Aydın və Ceyhun Abbasov, Milli Aviyasiya Akademiyasında keçirilən görüşdə komandanın idarəetmə heyəti, baş və oyunçularla yanaşı, məşq şəraiti ilə də tanış olublar.

Klubun prezidenti Vüqar Məmmədov iş adamlarına komandanın cari durumu və gələcək inkişaf planları haqqında məlumat verib. Belə qeyd olunub ki, komandanı italiyalı məşqçi Ciovanni Toriçionu çalışdıracaq. Baş məşqçi, legionerlərlə birlikdə yerli idmançıların da komandada təmsil olunduqlarını vurğulayaraq, yaradılan şəraitdən məmnunluğunu bildirib və yaxşı nəticələr əldə edəcəklərinə olan əminliyini ifadə edib.

Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri Aydın Talıbov komandaya uğurlar diləyib və bu dəstəyin məqsədinə toxunaraq, ölkədə milli voleybolun inkişafına töhfə vermək və yerli voleybolçuların sayını artırmaq istədiklərini qeyd edib. Aydın Talıbov eyni zamanda, komandadan məsuliyyətli oyun və əla nəticələr gözlədiklərini vurğulayıb.

“Avrora Qrupun” rəhbəri Ceyhun Abbasov da deyilənlərə qoşularaq, komandaya veriləcək dəstəyi təsdiqləyib. O, həmçinin əyalətlərdən oyunçuların cəlbinin əhəmiyyətini qabartıb. Nəticədə, aralarında ciddi biznes rəqabəti olan bu iki ortaq idman layihəsində bir araya gəlib. Tədbirin sonunda iş adamları komandanın kollektivi ilə xatirə şəkilləri çəkdiriblər.

Yaranmasının 30 illiyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət layihələri çərçivəsində daima idman və sağlamlığa böyük önəm verir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax