Operativ Məlumat Mərkəzi

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib

2 dəq
Paylaş:
İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib

İctimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində 2026-cı ilin 1 yanvarından 3 il müddətinə ƏDV qeydiyyatında olan iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə əlavə dəyər vergisi (ƏDV) onların nağdsız dövriyyəsinin 50%-i ƏDV tutulan ümumi dövriyyədən çıxılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan əsasında formalaşan dövriyyəsinin 50 faizi 2026-cü il yanvarın 1-dən 3 il müddətinə onların vergi tutulan ümumi dövriyyəsindən çıxılacaq.

Ödəmələr nəzarət-kassa aparatına vahid sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər də vergidən azad olacaq

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax