Əsas məzmuna keç

İcra başçısının qardaşını öldürən zərərçəkənin oğlu barəsində həbs qətimkan tədbiri seçilib

İcra başçısının qardaşını öldürən zərərçəkənin oğlu barəsində həbs qətimkan tədbiri seçilib

Xəbər verildiyi kimi, iyulun 26-da Kürdəmir rayonu Pirəköcə kənd sakini Azər Qaraşovun yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində ölməsi...

Xəbər verildiyi kimi, iyulun 26-da Kürdəmir rayonu Pirəköcə kənd sakini Azər Qaraşovun yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə başlanmış üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə Baş Prokurorluğun xidmətindən bildirilib.

Qeyd edilib ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 2005-ci il təvəllüdlü Azay Qaraşovun ailə münasibətləri zəminində atası Azər Qaraşovu ov silahından bir neçə dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Azay Qaraşov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdiri lir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…