Operativ Məlumat Mərkəzi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

1 dəq
Paylaş:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

“İçərişəhər” Dövlət Tarix- İdarəsi 2022-ci ili 104 xalis mənfəətlə başa vurub. Halbuki, İdarə 2021-ci ildən 2,312 zərərlə çıxmışdı.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ötən il “İçərişəhər”in əsas (satışdan) gəlirləri 3,592 milyon manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), satışının maya dəyəri 2,231 milyon manat (77,8 % çox), sair əməliyyat gəlirləri 9,372 milyon manat (0,2 % çox), sair əməliyyat xərcləri 10,438 milyon manat (12,7 % az), mənfəət vergisi ödəmələri isə 191 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə “İçərişəhər”in aktivləri 181,446 milyon manat olub ki, bu da illik müqayisədə 3,6 % çoxdur. Hesabat dövründə İdarənin öhdəlikləri 50,8 dəfə artaraq 203 min manata, balans kapitalı isə 3,5 % artaraq 181,243 milyon manata çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax