Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 68,3 milyard ABŞ dolları təşkil edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov bildirib.
Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları Ümumi Daxili Məhsulun 97 %-nə bərabərdir.