Operativ Məlumat Mərkəzi

Hulusi Akar Cozef Baydenə cavab verib

1 dəq
Paylaş:
Hulusi Akar Cozef Baydenə cavab verib

“ABŞ Prezidenti və başqaları ABŞ-nin milli arxivlərinə baxsınlar”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin milli Hulusi NTV-yə müsahibəsində deyib.

O söyləyib ki, həmin arxivlərdəki məruzələrdə hansısa soyqırımdan bəhs edilməyib: “Sadəcə qarşılıqlı gərginliklə bağlı açıq və konkret məlumatlar var. Kim “soyqırım” barədə danışmaq istəyirsə, əvvəlcə həmin sənədləri oxumalıdır. 1600 səhifəlik məruzələrdə nə qətliamdan, nə də soyqrımdan bəhs olunur. Həmin sənədlərdə əksini tapmayan hər şey subyektiv xarakter daşıyır”.

Nazir bildirib ki, təkcə C.Bayden yox, digərləri də həmin arxivlərlə tanış olmalıdır.

Qeyd edək ki, C.Bayden 1915-ci il 24 aprel hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax