Operativ Məlumat Mərkəzi

Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

1 dəq
Paylaş:
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

“Lufthansa” aviaşirkətinin reysini yerinə yetirən hava gəmisinin kapitanı Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun xidmətindən bildirilib.

Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

Belə ki, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib. Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax