Əsas məzmuna keç

Hindistan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Hindistan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Respublikasının Prezidenti Draupadi Murmu İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, öz adımdan Sizə, hökumətinizə və dost xalqına səmimi təbriklərimi çatdırıram.

Hindistan və Azərbaycan arasında tarixi köklərə söykənən əlaqələr mövcuddur. Son zamanlar Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Ümidvaram ki, əməkdaşlığımız qarşılıqlı hörmət və maraqlar əsasında daha da inkişaf edəcəkdir.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…