Operativ Məlumat Mərkəzi

Hindistan ABŞ-a etiraz notası verib

2 dəq
Paylaş:
Hindistan ABŞ-a etiraz notası verib

Yeni Hindistanın ABŞ-ın San-Fransisko şəhərindəki Baş Konsulluğuna hücumla bağlı bu ölkəyə notası göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Radikal qruplaşma üzvlərinin Baş Konsulluğa hücumu ilə əlaqədar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüş keçirilib və vandalizmə qarşı kəskin etiraz ifadə olunub.

Hindistan tərəfi ABŞ hökumətinə missiyanı qorumaq öhdəliyini xatırladıb, belə hadisələrin təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsi təklif olunub. Hindistanın Vaşinqtondakı səfirliyi bu narahatlıqları Dövlət Departamentinə də çatdırıb.

Martın 19-da ölkənin Pəncab əyalətində əhalisinin əksəriyyəti siqhizmin ardıcılları olan " dövləti"nin yaradılmasının bir qrup tərəfdarı Hindistanın San-Fransiskodakı Baş Konsulluğuna hücum edib. “Press Trust of India”nın məlumatına görə, hücumçular diplomatik nümayəndəliyin ərazisinə soxulub və orada “müstəqil Xalistan”ın iki bayrağı sancıblar. Nümayişçilər konsulluğa da daxil olaraq iğtişaşlar törədib, qapı və pəncərələri dəmir barmaqlıqlarla sındırıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax