Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev: "Qranada görüşündən imtinanı Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil"

2 dəq
Paylaş:
Hikmət Hacıyev: "Qranada görüşündən imtinanı Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil"

"Azərbaycanın Qranada görüşündə iştirakdan imtinasını Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Prezidentinin köməkçisi - Administrasiyasının Xarici məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” hesabındakı paylaşımda yer alıb.

“Fransanın Cənubi Qafqazda sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini riskə atan qərəzli hərəkətləri və hərbiləşdirmə siyasəti, həmçinin rəsmi Bakının təkidinə baxmayaraq, Türkiyənin region ölkəsi kimi iştirakına razılıq vermədiyinə görə Azərbaycan Qranada görüşündə iştirak etməmək qərarına gəlib. Biz də İspaniyanın bu formatda ev sahibi ölkə kimi iştirakını dəstəkləmişik. Bəzi media resurslarında bunu Azərbaycanın Ermənistanla danışıqlardan imtinası kimi təqdim etmək düzgün deyil”, - paylaşımda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax