Operativ Məlumat Mərkəzi

"Həzi Aslanov" metrostansiyasında təmir işləri aparılacaq

2 dəq
Paylaş:
"Həzi Aslanov" metrostansiyasında təmir işləri aparılacaq

Bu ilin sonuna "Bakı Metropoliteni" QSC-nin “Həzi ” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səhmdar cəmiyyətinin xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri görülür: “Görüləcək işlərin layihəsi və texnoloji proseslərin ardıcıllığı üzərində iş aparılır. Layihə üzrə işlər başa çatdıqdan və prosedur qaydalarına uyğun tədbirlər görüldükdən sonra təmir işlərinə başlanılacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək. orda hərəkətin təşkili ilə bağlı məsələlər gündəmə gələcək və ictimaiyyətin bilməli olduğu məqamlar çox olacaq. Təmir işlərinə stansiyanın dönmə kamerasında, yəni qatarların dalan yollarında başlanılacaq. Daha sonra stansiyanın özündə davam etdiriləcək. Bütün proses tam dəqiqləşdikdən sonra ictimaiyyətə məlumatlar tam açıqlanacaq”

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax