Operativ Məlumat Mərkəzi

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

2 dəq
Paylaş:
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə aprelin 8-də qəsəbəsi ərazisində ağacəkmə aksiyası təşkil olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliklərin rəhbər şəxslərinin və əməkdaşlarının iştirakı ilə baş tutan tədbirin məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Heydər Əliyevin əziz xatirəsini yad etmək, eyni zamanda ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Tədbirdə çıxış edənlər xalqımızın ümummilli lideri respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşmasını qeyd ediblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasəti uğurla davam etdirən İlham Əliyev ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim diqqət yetirir.

Aksiya zamanı Müşfiqabad qəsəbəsində yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib və onlara aqrotexniki qulluq göstərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax