Operativ Məlumat Mərkəzi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib

2 dəq
Paylaş:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri “Məlhəm ”ı ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ziyarətə tam avtomatlaşdırılmış, müasir standartlara cavab verən laboratoriya bölməsindən başlayan Leyla Əliyeva daha sonra Təcili Yardım Şöbəsinin fəaliyyəti ilə tanış olub. O, burada göstərilən xidmətlərin keyfiyyəti və operativliyi ilə maraqlanıb, həkimlərlə görüşüb.

Ziyarət zamanı Leyla Əliyeva radiologiya şöbəsində də olub. Ona burada istifadəyə verilmiş son nəsil tomosintezli mammoqrafiya cihazı barədə ətraflı məlumat verilib. Bildirilib ki, tədqiqatlara əsasən, 2031-ci ilə qədər hər 8 qadından birində süd vəzi xərçəngi riski ola bilər. Məhz bu səbəbdən “Məlhəm Hospital” tərəfindən ölkəyə qabaqcıl tibbi gətirilib və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına xüsusi önəm verilir.

Daha sonra Leyla Əliyeva ultrasonoqrafiya otağında uşaqlarda aparılan müayinələrlə tanış olub. Xüsusilə Daun sindromlu və digər spektrli uşaqların müayinəsi ilə maraqlanaraq bu sahədə ölkəmizdə görülən işlər haqqında məlumat alıb. Bildirilib ki, son illərdə Azərbaycanda yüksək texnologiyalı avadanlıqlar və peşəkar mütəxəssislərin sayəsində skrininq müayinələri vaxtında aparılır, nəticədə spektrli və ağır diaqnozlu doğuşların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax