Əsas məzmuna keç

MN media nümayəndələri ilə görüş keçirib

MN media nümayəndələri ilə görüş keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində müxtəlif...

general-polkovnik Zakir Həsənovun qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində müxtəlif informasiya agentliklərinin vətənpərvərlik mövzusunda yazılar hazırlayan bir qrup nümayəndəsi ilə görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbərverir ki, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən görüşdə jurnalistlərlə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, hərbi mövzuda yazıların məzmunu və hərbi sirr hesab olunan informasiyanın yayılmasının qarşısının alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri tərəfindən jurnalistlərə hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda brifinqlər təqdim olunub.
Sonda media subyektləri ilə mövcud əməkdaşlığa və perspektivdə duran məsələlərə dair təkliflər dinlənilib.

Foto qalereya

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…