Operativ Məlumat Mərkəzi

Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur - 26.05.2024

2 dəq
Paylaş:
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur - 26.05.2024

Ordusunda şəxsi heyətin -psixoloji hazırlığını yüksəltmək məqsədilə hissələrdə müxtəlif xarakterli tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və asudə vaxtının səmərəli etmək məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçiriblər.

Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi qulluqçulara vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax