Əsas məzmuna keç

Hərbi hissədə komanda-qərargah təlimi keçirilib

Hərbi hissədə komanda-qərargah təlimi keçirilib

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib. Bu...

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda- keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq təlimə cəlb olunan müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.

"Təlimdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun olaraq qəbul edilmiş qərarlara dair məruzələr dinlənilib.
Bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətinin və qərar qəbuletmə bacarıqlarının artırılması, eləcə də qərargahların fəaliyyətinin və bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib", - məlumatda qeyd olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…