Operativ Məlumat Mərkəzi

Hərbçimiz bədbəxt hadisə nəticəsində öldü

2 dəq
Paylaş:
Hərbçimiz bədbəxt hadisə nəticəsində öldü

Müdafiə Nazirliyinin N saylı hissəsinin hərbi qulluqçusu, Həsənov Murad Fuad oğlunun odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

Hərbi Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax