Operativ Məlumat Mərkəzi

"Həmkarlar ittifaqlarının işçilərin hüquqlarının qorunmasında rolu gücləndirilməlidir"

3 dəq
Paylaş:
"Həmkarlar ittifaqlarının işçilərin hüquqlarının qorunmasında rolu gücləndirilməlidir"

Milli Məclisin deputatı payız sessiyasının növbəti plenar iclasında ittifaqları və işəgötürənlər arasındakı münasibətlər barədə çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bildirib ki, Həmkarlar İttifaqları Konfederasiyasının 8-ci qurultayı keçirilir və qurultaya təbrik göndərib. Qüdrət Həsənquliyev də bu təbriklərə qoşularaq təşkilata uğurlar arzulayıb:

“Amma təəssüf ki, həmkarlar ittifaqları əhali arasında daha çox üzvlərinə maddi yardım və müalicə göndərişləri ilə assosiasiya olunur, işçilərin hüquqlarının müdafiəsi isə yetərincə təmin edilmir”.

Deputat həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı problemləri də vurğulayıb:

"Çox hallarda həmkarlar ittifaqları sədrləri idarə və müəssisə rəhbərləri tərəfindən təyin olunur və onların tapşırığı ilə fəaliyyət göstərirlər. İşçilərin hüquqları pozulur, əmək haqqı ödənilmir, hətta gecə saat 12-yə qədər işləməyə məcbur edilirlər. İşçilərin işdən çıxarılması halları asanlıqla baş verir, məhkəmə qərarları belə icra olunmur".

Qüdrət Həsənquliyev hesab edir ki, işçilərin hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının fəal iştirakını təmin etmək üçün onlara ciddi siyasi dəstək verilməlidir. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstəyi və qanuni cavabları üçün təşəkkürünü bildirib.

Deputat həmçinin iş yerlərində siyasi partiyalar və dini qurumların fəaliyyətinə də toxunub:

“Müəssisələrdə və fiziki şəxs tərəfindən yaradılmış iş yerlərində siyasi partiyaların fəaliyyəti qadağan olunmalıdır. Eyni prinsip dövlət idarə və müəssisələrinə, dövlət qulluqçularının çalışdığı yerlərə də tətbiq olunmalıdır”.

Afət ZİYADQIZI

Qüdrət Həsənquliyev çıxışının sonunda həmkarlar ittifaqlarının işçilərin hüquqlarının qorunmasında rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax