Əsas məzmuna keç

Həkimlərin hərbi xidmət modeli yenilənir

Həkimlərin hərbi xidmət modeli yenilənir

Milli Məclisin payız sessiyası üzrə plenar iclasında deputat Rəşad Mahmudov tibb fakültəsini bitirən həkimlərin hərbi xidmətlə bağlı yeni qanun...

Milli Məclisin payız sessiyası üzrə iclasında Rəşad tibb fakültəsini bitirən həkimlərin hərbi xidmətlə bağlı yeni qanun layihəsinin əhəmiyyətini vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, həkimlərin uzun illər ərzində hazırlanması nəzərə alınaraq, onların hərbi xidmətinin ixtisaslarına uyğun, qısa müddətli və maaşlı şəkildə təşkili təcrübəyə uyğun olacaq.

Rəşad Mahmudov qeyd edib ki, bu yanaşma həm səhiyyə sisteminin davamlılığını təmin edəcək, həm də yüksək ixtisaslı kadrlara dövlət tərəfindən itki verilməsinin qarşısını alacaq.

Deputat qanun layihəsinin həm milli , həm də müasir idarəçilik prinsiplərinə cavab verdiyini vurğulayıb.

Afər ZİYADQIZI

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…