Operativ Məlumat Mərkəzi

Həcc ziyarətində olan azərbaycanlı zəvvarların durumu açıqlanıb

1 dəq
Paylaş:
Həcc ziyarətində olan azərbaycanlı zəvvarların durumu açıqlanıb

Hazırda Həcc ziyarətində olan azərbaycanlı zəvvarların durumları qaydasındadır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müsəlmanları İdarəsinin (QMİ) Xarici şöbəsinin və Həcc Sistem məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı zəvvarların səhhətində heç bir problem yoxdur, ziyarət proqrama uyğun olaraq davam edir.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 1500 nəfərlik kvota ayrılıb. Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 3-ü səhər saatlarında təyyarə ilə Bakıdan Ciddə şəhərinə yola salınıblar.

Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax