Əsas məzmuna keç

Hazırda dumanlı hava müşahidə olunur

Hazırda dumanlı hava müşahidə olunur

Hazırda Bakıda və yarımadasında dumanlı müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbərinə görə, Hidrometeoroloji Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

“Yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya hərəkət edir. Eyni zamanda, cənub-şərq istiqamətli külək dənizdən rütubətli hava kütlələrinin sahilə doğru hərəkətini şərtləndirir. Bu da dumanın gəlməsinə səbəb olur”.

G.Məmmədovanın sözlərinə görə, Bakı, Sumqayıt, Neft daşları və Çilov adasında duman müşahidə olunur. Hazırda bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

“Martın 6-sı axşam saatlarından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq”.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…